Yoxsul ölkələr üçün nəzərdə tutulmuş məhsullar məhv edilib –Trampın göstərişi ilə

Tibbi Yardım
Tibbi Yardım

ABŞ prezidenti Donald Trampın göstərişi ilə yoxsul ölkələrə yardım üçün nəzərdə tutulan kontraseptivlər məhv edilib.

AzPost xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) məxsus, ümumi dəyəri doqquz virgül yeddi milyon dollar olan məhsullar istifadəyə verilməmişdən əvvəl sıradan çıxarılıb.

Məlumata əsasən, kontraseptivlər Belçikada saxlanılırdı, lakin onların məhv edilməsi prosesi Fransada həyata keçirilib. Söhbət əsasən uzunmüddətli qoruyucu vasitələrdən – spiral və implantatlardan gedir.

USAID nümayəndələri qəzetə bildiriblər ki, Tramp administrasiyasının qərarı yalnız tabletləri deyil, müxtəlif kontraseptiv vasitələri də əhatə edib. Onların hamısı aşağı gəlirli ölkələrdə yaşayan qadınlara humanitar yardım kimi göndərilməli idi.

Qeyd olunur ki, bir sıra beynəlxalq təşkilatlar məhsulları almağa və ya pulsuz qəbul etməyə hazır olduqlarını açıqlamışdı. Bu halda ABŞ hökuməti heç bir zərərə məruz qalmayacaqdı. Lakin rəsmi Vaşinqton kontraseptivlərin məhv edilməsinə üstünlük verib və bu prosesin özü də yüz altmış yeddi min dollara başa gəlib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.