“Qərb Rusiyanın yuanda olan ehtiyatlarına çıxışını məhdudlaşdırmaq üçün Çinə təzyiq edir”.
Azpost.info bildirir ki, bu sözləri Rusiyanın maliyyə naziri Anton Siluanov “Rossiya 1” telekanalına müsahibəsində bildirib.
“Bizim qızıl-valyuta ehtiyatlarının bir hissəsi Çin valyutasında -yuanda saxlanılır. Biz görürük ki, Rusiya ilə ticarəti məhdudlaşdırmaq, bizim yuanda olan ehtiyatlarımıza çıxışı məhdudlaşdırmaq üçün Qərb ölkələrindən Çinə necə təzyiqlər edilir”– deyə nazir bildirib.
“Biz hesab edirik ki, tərəfdaşlıq münasibətlərimiz bizə Çinlə əməkdaşlığımızı saxlamağa imkan verəcək”.