“Yuk maşınları məsələsini araşdırdıq, özəl şirkətlər bu addımı atıblar” –İran səfiri açıqlama verdi

“Azərbaycanla İran arasında mehriban qonşuluq münasibətləri var. Üçüncü tərəflər isə bu münasibətləri istəmirlər. Son dövrlər Hikmət Hacıyevlə iki görüş keçirmişəm, ikitərəfli münasibətləri ətraflı müzakirə etmişəm”.

Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

Onun sözlərinə görə, son görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidentinin İran Prezidentinə ismariclarını çatdırıb: “Təəssüf ki, sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatlar çox yayılır. Ancaq mən arxayınlıqla deyirəm ki, yuk maşınları məsələsini araşdırdıq. Məlum oldu ki, özəl şirkətlər bu addımı atıblar. Biz özəl şirkətlərə xəbərdarlıq etdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar. Ermənistan qonşularımızdan biridir. Biz hər zaman separatçılığa qarşı olmuşuq. Dini liderimizin, prezidentin açıqlamalarında Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bəyan edilib. Üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirə bilməyəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxülislam İraqın neft naziri İhsan Əbdül Cabbarı qəbul edib –

Sonrakı məqalə

İtkin düşən 11 yaşlı uşağın və gəncin meyiti minalanmış ərazidə tapılıb