Yük maşınlarının sürücülərinə xüsusi xəbərdarlıq olundu

Bakıda yolların buz bağlaması səbəbindən ötən gecə bir neçə yük avtomobili yolda qalıb.

Bu barədə AzPost-a NİİM-dən məlumat verilib.

Bu gün və qarşıdakı günlərdə  yolların buz bağlaması ehtimalı ilə mərkəz yük maşınlarının sürücülərinə xəbərdarlıq edib:

“Müşahidələr göstərir ki, havanın qarlı və yollarda buzlaşmanın olduğu gündən bu vaxta qədər Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospekti və Bakı dairəvi yolunda daha çox yük avtomobillərinin hərəkətində problemlər yaranır. Əksər hallarda hərəkət mümkünsüz olduğundan (nəqliyyat vasitələri sürüşdüyündən) qəzalar baş verir, bu avtomobillər yollarda qalır və nəqliyyat sıxlığı yaranır. Belə nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl yolların buz bağlayacağını nəzərə almalı və nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirməlidirlər”.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.