Yük yerində gizlənərək Azərbaycana keçmək istəyən qadın saxlanılıb-FOTO

Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşları Gürcüstan -Azərbaycana dövlət sərhədinin pozulmasının qarşısını alıb.

Azpost.info bildirir ki, bu barədə DGK mətbuat xidməti məlumat verib.

Yanvarın 19-da saat 04:30-da “Qırmızı körpü” dövlət sərhədindən buraxılış məntəqəsində Füzuli rayon sakini 1987-ci il təvəllüdlü Sadıqov Ömər Tapdıq oğlunun idarə etdiyi “Daf” markalı 99-UL-655 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə birgə baxış zamanı avtomobilin qoşqusunun plomblanmış yük yerində gizli şəkildə dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd göstərən Gürcüstan vətəndaşı 1987-ci il təvəllüdlü Lamia Mamedova saxlanılıb.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.