Yüksək bal toplayıb universitetə daxil olmayan abituriyentlərin sayı açıqlandı

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qəbul imtahanları zamanı yüksək bal toplayıb universitetə daxil olmayan abituriyentlərin sayını açıqlayıb.

M.Abbaszadə deyib ki, I ixtisas qrupu üzrə 4 nəfər 400 baldan yuxarı nəticə göstərsə də, ali məktəbə qəbul ola bilməyib: “Il xtisas qrupu üzrə 200 baldan yuxarı bal toplayan bir nəfər belə kənarda qalmayıb. Ill ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və ali təhsil müəssisəsinə daxil olmayan cəmi bir nəfərdir. Onun ali məktəbə qəbul ola bilməməyinin səbəbi budur ki, abituriyent yalnız bir ödənişsiz ixtisas yazır. IV xtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və universitetə daxil olmayan abituriyentlərin sayı isə səkkiz nəfərdir. Həmin şəxslər də ikinci mərhələdə iştirak edə bilərlər”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Lavrov Qarabağ danışıqlarının tezliklə bərpa olunmasının vacibliyini qeyd edib” –

Sonrakı məqalə

Azərbyacanda əsgəri öldürərək qaçan və “Taliban”a qoşulan şəxsə ömürlük cəza verildi –