Yunis Səfərov Gəncənin icra başçısı Yelmar Vəliyevi niyə güllələdiyini açıqladı –MƏHKƏMƏ

 Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevi güllələməkdə suçlanan Yunis Səfərov bu hadisəni törətməsinin səbəbləri barədə ətraflı danışıb.

Azpost.info Azadlıq Radiosuna istinadən bildirir ki, o, noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu haqda ifadə verib.

Onun deməsinə görə, 2017-ci ildə baş vermiş bir hadisə icra başçısına qarşı sui-qəsdlə bağlı planın yaranmasına rəvac verib: “Bir sinif yoldaşım və dostumla oxuduğumuz məktəbin yanından keçəndə gördük ki, zibil qutuları dolub-daşır. Birimiz Rusiyada, birimiz Ekvadorda, birimiz də başqa bir ölkədə işləyib-yaşayırdıq. Amma biganə qala bilmədik. Müvafiq dövlət orqanına getdik, tədbir görülməsini istədik. Dedilər ki, sizə aidiyyəti yoxdur, orada yaşayanlar müraciət etməlidir”.

Y.Səfərov danışır ki, qapı-qapı gəzib, sakinlərə ərizə yazdırıb, imza atdırıblar. Təxminən 150 nəfərin imzasıyla müraciəti aparıb təqdim ediblər. Onun sözlərinə görə, bu dəfə həbslə hədələniblər: “Dedilər ki, bir neçə gənc var idi, sizin kimi problemlərdən şikayət etməklə məşğul idi. Onlar həbs olundular. Həmin fəal gənclərin cibinə narkotik atıb tutmuşdular. Dedilər ki, sizin də başınıza eyni iş gələ bilər. Təsəvvür edirsiniz nə deməkdir? Adi zibil qutusuyla bağlı problemi həll etmək istəyən vətəndaşı həbs edirlər”.

Y.Səfərov deyir ki, 2017-ci ildə Gəncədə bircə kitab mağazası yox idi, amma əvəzində çoxlu sayda mərc oyunları məntəqəsi vardı, gənclər ora toplaşırdı: “Yarım milyon əhalinin yaşadığı yerdə kitab mağazası olmaması çox şeydən xəbər verir. Belə izah edirdilər ki, internet var, ona görə ehtiyac yoxdur. Kitab mağazaları olan başqa yerlərdə internet yoxdur ki? Hara baxırsan, qumarxanalar, nə qədər də istəsən, gənc orada. Bu yanaşma bizi hara aparır? Biz uşaqlarımıza onların istədiyini veririk, yoxsa lazım olanı? Uşağa qalsa, heç məktəbə getmək istəməz…”.

Y.Səfərov bildirib ki, hadisədən sonra videomüraciət çəkib yaymağı planlaşdırmışdı, amma bunu reallaşdırmaq imkanı olmayıb. Müraciətində də tələblərini səsləndirmək niyyətində idi. Həmin tələblər arasında Gəncədə kitab mağazasının açılması, zibilliklərin sahmana salınması kimi məsələlər də olmalıydı.

Y.Səfərovun dindirilməsinin davamı noyabrın 5-də keçiriləcək növbəti məhkəmə iclasında olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların sabaha olan rəsmi məzənnəsi

Sonrakı məqalə

“Azərbaycan Qarabağda əks-hücumu özünümüdafiə çərçivəsində aparır” –