Yuri Qaqarinin kosmosa uçuşu SSRİ-yə neçəyə başa gəlib?

1961-ci ildə Yuri Qaqarinin “Vostok-1” uçuşunun konkret bilet qiyməti olmayıb. Bu, kommersiya uçuşu deyil, SSRİ-nin dövlət səviyyəli elmi-strateji layihəsi olub.
AzPost bildirir ki, xərclər kosmonavtın özünə deyil, bütün proqramın hazırlanmasına aid idi.
Ekspertlərin hesablamalarına görə “Vostok” proqramının ümumi dəyəri bugünkü pulla təxminən 5–10 milyard ABŞ dolları aralığında qiymətləndirilir.
Bu məbləğə raketin hazırlanması, sınaqlar, kosmik kapsul, yerüstü idarəetmə sistemləri və minlərlə mütəxəssisin işi daxil idi.
Qaqarin kosmosa uçan ilk insan olsa da, uçuşdan sonra onun sadcə maaşı artırılıb. Qaqarinə yeni mənzil və bir sıra hədiyyələr verilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.