“Yuventus” gələn mövsüm üçün avrokuboklardan kənarlaşdırılıb

İtaliyanın “Yuventus” klubu 2023-2024-cü illər mövsümü üçün UEFA-nın bayrağı altında keçiriləcək bütün turnirlərdən uzaqlaşdırılıb.

Konfrans Liqasında mübarizə aparmalı olan Turin təmsilçisi maliyyə feyr-pley qaydalarını pozduğu üçün bu cəzaya məruz qalıb.

Eyni zamanda, komanda 20 milyon avro məbləğində cərimələnib.

Qeyd edək ki, ötən mövsüm İtaliya A seriyasında 7-ci yeri tutan “Yuventus”un hesabından 10 xal silinmişdi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.