Yuxuda lotereya gördü, səhər 1 milyon dollar uddu

ABŞ-da Şimali Karolina ştatının sakini lotereyada 1 milyon dollar udub.

AzPost bildirir ki, bu barədə UPİ portalı məlumat verib.

Həmin şəxs deyib ki, yuxu və intuisiya onu lotereya biletindən 1 milyon dollar qazanmağa vadar edib.

Rikin Nanneri Şimali Karolina Təhsil Lotereyasının rəsmilərinə deyib ki, şüuraltı hissi onu lotereya şansı barədə xəbərdar edib. “Mən yuxuda gördüm ki, lotereyada böyük məbləğ udacağam”.

Nanneri cümə günü Sanforddakı mağazada bilet alarkən xəyalını gerçəkləşdirəcəyinə inandığını söyləyib. “Hansısa bir hiss mənə bu gün lotereya oynamağı istədi”.

Nanneri uduşlarının hesabların ödənilməsinə və investisiyaya yönəldiləcəyini deyib.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.