Yuxusuzluq beyinə necə təsir edir? –Alimlər yeni araşdırma açıqladı

Yuxusuzluq
Yuxusuzluq

Gecə yuxusuz qalmaq yalnız yorğunluq yaratmır, həm də beyin fəaliyyətinə ciddi təsir göstərir. AzPost.az xəbər verir ki, beynəlxalq elmi araşdırma qrupları yuxusuzluğun insan orqanizmi və zehni funksiyalar üzərindəki təsirini araşdırıb. Nəticələr isə narahatlıq doğuracaq səviyyədədir.

Araşdırmalara görə, ardıcıl bir neçə gecə yetərli və keyfiyyətli yuxu almayan şəxslərin beyin hüceyrələri zəifləyir, sinir siqnallarının ötürülməsi ləngiyir. Bu isə diqqət dağınıqlığı, yaddaş problemləri və qərarvermə qabiliyyətinin zəifləməsi ilə nəticələnir. Duke Universitetinin tədqiqatçıları bildiriblər ki, yuxusuzluq beyin toxumalarında iltihabı artırır və uzunmüddətli halda depressiya və nevroloji pozğunluqlar riskini yüksəldir.

Ən təhlükəlisi isə odur ki, yuxusuz qalmaq beyin hüceyrələrinin özünü bərpa etmə prosesini əngəlləyir. Normal yuxu zamanı beynimiz gün ərzində yığılan zərərli toksinləri təmizləyir və sinir hüceyrələri yenilənir. Yuxusuzluq isə bu proses pozulur və beyin erkən yaşlanmağa başlayır.

Araşdırmada iştirak edən 30-50 yaş arası könüllülər üzərində aparılan testlərdə məlum olub ki, yuxusuz gecədən sonra yaddaş testlərinin nəticələri 40% zəifləyib. Eyni zamanda, konsentrasiya qabiliyyəti və sürətli reaksiyalar da xeyli aşağı düşüb.

Mütəxəssislər qeyd edir ki, sağlam həyat tərzi üçün gündə 7-8 saat yuxu mütləqdir. Yuxu keyfiyyətini artırmaq üçün smartfon və kompüterlərdən istifadəni məhdudlaşdırmaq, yataq otağında işığı söndürmək, qəhvə və şəkərli içkilərdən uzaq durmaq tövsiyə olunur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.