Gürcüstan hökuməti “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstana daxil olmasına qoyduğu qadağanı ləğv edib.
Azpost.info bildirir ki, bu barədə Z.Məmmədli məlumat verib.
“10 illik qadağa üzərimdən götürüldü. Bu an sevincimin və həyəcanımın dərəcəsini müəyyən etməkdə çətinlik çəkirəm. Bu günü mənə nəsib edənlərə də təşəkkürüm sonsuzdur”-deyə Z.Məmmədli qeyd edib.
Xatırladaq ki, Gürcüstan 2014-cü ilin oktyabrından “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstana daxil olmasına qadağa qoymuşdu.