“Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur“.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Cənubi Qafqaz arzuladığı sülhə qovuşacaq.
“Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşdə bu ümidi onda gördüm. Ağ Evdə atılan imzalar Azərbaycan-Ermənistan normallaşma prosesinə, təbii ki, sürət qazandırdı. Azərbaycan və Ermənistan sülh yolunda əhəmiyyətli maneələri aşaraq son mərhələyə qədər gəlib çatdılar”,- deyə Türkiyə Prezidenti vurğulayıb.