Zərdabda əhali etiraz aksiyasına çıxdı, yolu bağladı –

İcra başçısı meydana gəldi (FOTO)
20 Fevral 2020 - 18:57

Zərdabda bir qrup sakin örüş torpaqlarının qanunsuz zəbt olunmasına etiraz edib.

Rayonun Çallı kənd sakinləri etiraz olaraq bu gün yolu bağlayıblar. Əraziyə polis əməkdaşları cəlb olunub.

Hadisə yerinə gələn Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov sakinlərlə görüşüb, onların şikayətini dinləyib.
M. Camalov problemi araşdırmaq üçün gələn həftədən komissiya yaradılacağını, qanunsuz zəbt olunan torpaqların sakinlərin istifadəsinə veriləcəyini qeyd edib.