Zərdabda əhali etiraz aksiyasına çıxdı, yolu bağladı –İcra başçısı meydana gəldi (FOTO)

Zərdabda bir qrup sakin örüş torpaqlarının qanunsuz zəbt olunmasına etiraz edib.

Rayonun Çallı kənd sakinləri etiraz olaraq bu gün yolu bağlayıblar. Əraziyə polis əməkdaşları cəlb olunub.

Hadisə yerinə gələn Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov sakinlərlə görüşüb, onların şikayətini dinləyib.
M. Camalov problemi araşdırmaq üçün gələn həftədən komissiya yaradılacağını, qanunsuz zəbt olunan torpaqların sakinlərin istifadəsinə veriləcəyini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İsmayıl Vəliyev Neftçala RİH başçısı vəzifəsindən azad edildi –

Sonrakı məqalə

MSK daha beş seçki məntəqəsində nəticələri etibarsız saydı