Azərbaycanlı şairə Zəhra Bədəlbəyli Şimali Amerika Yazıçılar Birliyinin (ŞAYB) üzvü seçilib.
AzPost bildirir ki, bu barədə Z.Bədəlbəyli məlumat verib.
Şimali Amerika Yazıçılar Birliyi məşhur yazıçılar Rimma Kazakova, Yevgeni Yevtuşenko və Gennadi Nord tərəfindən yaradılıb.
Z.Bədəlbəyli 2007-ci ildə o, Azərbaycanı “Eurovision” müsabiqəsində ilk dəfə təmsil edən Elnur və Samirin ifa etdiyi “Day After Day” mahnısının sözlərinin müəllifidir.
2011-ci ildə “Hadisələrin sonsuzluğunun ardında” adlı ilk poeziya toplusunu nəşr edib. 2013-cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. 2018-ci ildə onun “Sənin əllərində” adlı ikinci poeziya toplusu çap olunub. Kitabın təqdimatı Muğam Mərkəzində baş tutub.
Z. Bədərlbəyli 400-dən çox şeirin və 50-yə yaxın mahnı sözlərinin müəllifidir.