Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv edilib

Gürcüstan hökuməti “Borçalı” cəmiyyətinin sədri  Zəlimxan Məmmədlinin  Gürcüstana  daxil olmasına qoyduğu qadağanı ləğv edib.

Azpost.info bildirir ki, bu barədə Z.Məmmədli məlumat verib.

“10 illik qadağa üzərimdən götürüldü. Bu an sevincimin və həyəcanımın dərəcəsini müəyyən etməkdə çətinlik çəkirəm. Bu günü mənə nəsib edənlərə də təşəkkürüm sonsuzdur”-deyə Z.Məmmədli qeyd edib.

Xatırladaq ki, Gürcüstan  2014-cü ilin oktyabrından  “Borçalı” cəmiyyətinin sədri  Zəlimxan Məmmədlinin  Gürcüstana  daxil olmasına qadağa qoymuşdu.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.