Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Zəngəzur mahnısı”nın klipi ictimaiyyətə təqdim edilib –

User 12 Sentyabr 2025 - 20:00 (Last updated: 12 Sentyabr 2025 - 21:46)
zenge

“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi Qərbi Azərbaycan mövzusunda yeni musiqi əsəri – “Zəngəzur mahnısı”nı ictimaiyyətə təqdim edib. Mahnının ideya müəllifi tanınmış vokal ifaçısı, Əməkdar artist Ramil Qasımovdur.

Musiqi əsəri üzərində peşəkar komanda çalışıb. “Zəngəzur mahnısı”nın sözlərini yazan Şahin Musaoğlu dillər əzbəri olan mahnıların müəllifidir. Əsərin bəstəkarı tanınmış sənətkar, Əməkdar artist Vüqar Camalzadədir.

Mahnının ruhuna uyğun olaraq onu görkəmli sənətkarlar – Xalq artistləri Mübariz Tağıyev, Tünzalə Ağayeva, Əməkdar artistlər Ramil Qasımov, Aybəniz Haşımova, Samirə Əliyeva, Ehtiram Hüseynov və İlkin Dövlətov birlikdə ifa edib. Balaban zurnanı Fəqan Rəhmanoğlu dilləndirib. Layihədə səs rejissoru Əməkdar incəsənət xadimi Faiq Babayev, prodüser Riad Quliyevdir. Layihənin koordinatoru Fərqanə Cabbarovadır.

“Zəngəzur mahnısı” mədəni-tarixi irsimizin təbliği, milli yaddaşın gücləndirilməsi və Azərbaycanın qarşıdakı milli hədəfinin incə, estetik dillə musiqidə ifadəsidir.

Qərbi Azərbaycana qayıdış kimi ülvi arzunu tərənnüm edən əsər “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin ilk işidir. Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.

Təqdimat mərasimində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyin sədri, Əməkdar artist Ramil Qasımov, Əməkdar mədəniyyət işçisi,  Qərbi Azərbaycan Televiziyasının rəhbəri Telli Pənahqızı çıxış ediblər.

Qeyd edək ki, klipin çəkilişləri Şərqi Zəngəzurun füsunkar təbiətə malik Laçın, Qubadlı və Zəngilan rayonlarında aparılıb.

Bir müddətdir ki, radiolarda səsləndirilən bu əsərin ekran həllini bu gündən etibarən televiziya kanallarında da görmək mümkün olacaq.

“Zəngəzur mahnısı”

 

AzPost.az

Post navigation

Previous: Tramp Rusiyaya qarşı yeni sanksiyalardan danışdı
Next: İsrail BMT-nin Fələstin dövləti ilə bağlı qətnaməsini rədd edib

Oxşar xəbərlər

eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
pese mekteb
  • Sosial

Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

User 03 Noyabr 2026 - 14:35
bextiyar dali
  • Sosial

Novxanıdakı məşhur “milyonluq saray”ın sahibi həbs edildi

User 03 Noyabr 2026 - 14:11

xƏBƏR

KTMT
  • Dünya

KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər

User 03 Noyabr 2026 - 15:50
KTMT Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş...
Read more about KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər
Əli Kərimlinin məhkəməsi başlayıb eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir? Kart
  • İqtisadiyyat

Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir?

User 03 Noyabr 2026 - 15:43
Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək? abs konqres
  • Dünya

Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək?

User 03 Noyabr 2026 - 15:33
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır budce
  • İqtisadiyyat

Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır

User 03 Noyabr 2026 - 15:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.