Zərdab Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib? –RƏSMİ AÇIQLAMA

Zərdab Rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi barədə yayılan məlumatlara aydınlıq gətirilib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır və İcra Hakimiyyətində heç bir əməliyyat keçirilməyib:

“Müxtəlif internet saytlarında və sosial şəbəkələrdə Zərdab Rayon İcra Hakimiyyətində guya əməliyyat keçirilməsi barədə həqiqətə uyğun olmayan yazılar dərc olunub. Zərdab Rayon İcra Hakimiyyətinin mətbuat xidməti bildirir ki, Zərdab Rayon İcra Hakimiyyətində heç bir əməliyyat keçirilməyib. Dərc olunmuş həmin materialların heç bir hüquqi əsası yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən il ölkədə 27 min 157 nəfər şəkər xəstəsi qeydə  alınıb –

Sonrakı məqalə

İordaniya Ermənistana silah satmalarını təkzib etdi –