Zərdabda yol qəzasında baba və nəvə ölüb, 5 nəfər xəsarət alıb

Zərdabda yol qəzası olub, ölən və xəsarət alanlar var.

Hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Toyota” markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

Yol qəzasında 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, xəsarət alanlardan 3-ü azyaşlıdır.

Xəsarət alan bir azyaşlı ölüb.  T.Məmmədovun xəstəxanada öldüyü bildirilir.

Məlumata görə, həmin uşaq hadisə yerində ölən İntiqam Məmmədovun nəvəsdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.