Zəngilanda 27 milyon manatlıq dövlət sifarişi bu şirkətə verildi

default

Zəngilan şəhərində inşa olunacaq yeni yaşayış məhəlləsinin tikinti-quraşdırma işləri üzrə keçirilən tender müsabiqəsinin qalibi müəyyənləşib.

Azpost.info xəbər verir ki, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin keçirdiyi Zəngilan 2C (4-cü məhəllə) yaşayış məhəlləsinin tikinti-quraşdırma işlərinin satın alınması üzrə tenderin qalibi “CRYSTAL İNŞAAT” Açıq Səhmdar Cəmiyyəti olub.

Tender üzrə bağlanacaq müqavilənin dəyəri 26 milyon 839 min 301 manat təşkil edir.

Layihə çərçivəsində Zəngilan şəhərinin 2C (4-cü məhəllə) yaşayış məhəlləsində tikinti-quraşdırma işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Zəngilan işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma proqramının əsas istiqamətlərindən biridir. Şəhərdə yeni yaşayış məhəllələrinin, sosial obyektlərin və müasir mühəndis infrastrukturunun yaradılması üzrə layihələr mərhələli şəkildə icra olunur.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.