Zərdabda yol qəzası olub, ölən və xəsarət alan var.
APA– nın xəbərinə görə, hadisə rayonunun Əlvəd kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Hyundai Santa Fe” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.
İlkin məlumata görə, 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Fakt araşdırılır.
Zərdabda yol qəzasında ölən və xəsarət alanların adları açıqlanıb.
Hadisə nəticəsində 2 nəfər – Nəsibov Rasim Yaqub oğlu və Nəsibova Paket Kamran qızı ölüblər, 4 nəfər – Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Baxışova və Umud Mütəllimov isə xəsarət alıblar.