Zabratda qəbiristanlıqda qəbir daşları dağıdılıb –Cinayət işi başlanıb

Paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqların birində naməlum şəxslər tərəfindən bir neçə qəbir daşının dağıdılması ilə bağlı araşdırma aparılır.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) cinayət işi açılıb. Əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən edilib istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür.

Tədbirlərinin nəticəsi ilə bağlı məlumat veriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.