“Zaman maşınında” səyahət mümkündür? –Fizikanın cavabı təəccübləndirir

İnsanlıq min illərdir ki, keçmişə qayıtmağın və ya gələcəyi görməyin xəyalını qurur. Hollivud filmləri  bunu sadəcə bir fantaziya kimi təqdim etsə də, nəzəri fizika bunun tamamilə mümkün olduğunu deyir.

Azpost.info bildirir ki, dünyanın ən dahi fiziki Albert Eynşteyn hələ ötən əsrdə sübut etmişdi ki, zaman sabit deyil, o, elastikdir və bükülə bilər.

Kosmik Tunellər

Fizikada gələcəyə və ya keçmişə getməyin ən real yolu kosmosdakı “Soxulcan dəlikləri” (Wormholes) hesab olunur. Bu dəliklər kainatın iki fərqli nöqtəsini və ya iki fərqli zaman dilimini bir-birinə bağlayan gizli tunellərdir.

Əgər biz işıq sürətinə yaxın bir texnologiya yarada bilsək və bu tunellərdən keçə bilsək, yer planetindəki zamandan daha sürətli hərəkət etmiş olarıq. Yəni, kosmosda keçirdiyiniz 5 illik səyahətdən sonra yerə qayıdanda görə bilərsiniz ki, dünyada artıq 100 il vaxt keçib və siz rəsmən gələcəyə səyahət etmisiniz.

 Bəs keçmişə getmək olarmı? Fiziklər burada ilişib qalırlar. Çünki keçmişə gedib öz böyük babanızı uşaqkən ortadan qaldırsanız, siz heç vaxt doğulmamış olmalıydınız. Doğulmamısınızsa, keçmişə kim gedib? Bu paradoks hələ də elmin ən böyük sirridir.

Sunay

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.