Zaqatalada məsciddə yanğın olub

07 Avqust 2021 - 08:56

Gecə saat 3 radələrində Zaqatalanın ən böyük məscidi sayılan, Yuxarı Tala kəndi ərazisində yerləşən Tala məscidində yanğın baş verib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Zaqatala Yanğından Mühafizə Hissəsinin iki yanğın söndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb.

Yanğın nəticəsində məscidin bir pəncərəsi və istilik sisteminin avadanlığı yanıb. İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Faktla bağlı araşdırma aparılır.