Zaqatalada qadın məşuqunu bıçaqlayıb

Zaqatalada bir-neçə gün əvvəl xəsarətlə xəstəxanaya daxil olan şəxsin bıçaqlandığı məlum olub.  

Göygöl rayon sakini, 1983-cü il təvəllüdlü Əfqan Zahid oğlu Hüseynov fevral ayının 25-i qarın boşluğunun kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya daxil olub.

Araşdırmalar nəticəsində onun qeyri-rəsmi nikah münasibətində olduğu Zaqatala rayon sakini, 1973-cü il təvəllüdlü Nadilə Marif qızı Orucova tərəfindən bıçaqlandığı məlum olub. 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda övladlığa götürmə ilə bağlı müraciətlərin sayı açıqlanıb

Sonrakı məqalə

Prezident Polşanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib