Zaxarovadan Borrelin “taxıl sazişi” ilə bağlı bəyanatına sərt təpki

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Aİ rəsmisi Jozep Borrelin “Kreml ərzaqdan silah kimi istifadə etməyi dayandırmalıdır” bəyanatna sərt rekasiya verib.

Azpost.info xəbər verir ki, Zaxarovanın sözlərinə görə, Asiya, Afrika və Latın Amerikası ölkələri Avropa İttifaqının məsuliyyətsiz davranışının nəyə gətirib çıxardığını yaxşı bilirlər.

“Sanksiyalar “taxıl sazişi”nin dayandırılmasının səbəblərindən biridir. Qara Dəniz Təşəbbüsünün dayanması Avropa İttifaqının ucuz Ukrayna taxılını və digər malları satmaqla ən həssas dövlətlərin hesabına varlanmaq imkanlarını məhdudlaşdırır”, – Zaxarova deyib.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.