Zelenski ABŞ-dakı sabiq səfiri özünə müşavir təyin edib

Prezident Vladimir Zelenski ABŞ-dakı keçmiş səfir Oksana Markarovanı Ukraynanın yenidən qurulması və investisiya qoyuluşu üzrə müşavir təyin edib.

AzPost bildirir ki, bu barədə Zelenski  Telegram-da məlumat verib.

“Bu gündən etibarən Oksana Markarova Ukraynanın yenidən qurulması və investisiya qoyuluşu üzrə müşavirim kimi ölkəmizə kömək etməyə davam edəcək”, – deyə prezident bildirib.

Prezident qeyd edib ki, ölkə artıq dörd ildir ki, Rusiyanın təcavüzü ilə üzləşib, buna görə də əsas vəzifə Ukraynanı lazımi silahlarla, hava hücumundan müdafiə sistemləri ilə yanaşı daxili dayanıqlıq üçün kifayət qədər resurslarla təmin etməkdir. “Lakin gündəlik işlərdən əlavə uzunmüddətli bir məqsəd də var: Ukraynanın müharibədən sonra yenidən qurulması və normal iqtisadi inkişafı bərpa etmək qabiliyyətini təmin etmək”-deyə Prezident vurğulayıb ki, bu, Ukrayna hökuməti və Ukrayna biznesi üçün vacib bir vəzifədir.

Zelenski qeyd edib ki, Oksana Markarovanın vəzifələrinə indi Ukraynanı gücləndirən məsələlər, yəni biznes mühitinin yaxşılaşdırılması, ölkəmizin maliyyə sabitliyinin gücləndirilməsi, investisiyaların cəlb edilməsi və strateji tərəfdaşlarla birlikdə yenidənqurmanın planlaşdırılması üzrə məsləhətləşmələr daxil olacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.