Vladimir Zelenski Amerika sülh planı üzrə danışıqlara hazır olduğunu bəyan edib.
AzPost bildirir ki, Axios-un ABŞ və Ukrayna rəsmilərinə istinadən verdiyi məlumata görə, Zelenski ABŞ Ordu naziri Den Driskolla görüşündə Ukraynanın Tramp administrasiyasının “sülh planı” üzrə danışıqlara hazır olduğunu bildirib. Bu plan Kiyevdən əhəmiyyətli güzəştlər tələb edir.
Vaşinqton Ukraynaya və Aİ-yə onların mövqelərinin nəzərə alınacağına zəmanət verib. Adı çəkilməyən ABŞ rəsmisinin sözlərinə görə, “əgər kimsə planın müəyyən hissələrini bəyənmirsə, biz kompromis tapmağa çalışacağıq”.
Mənbələrdən birinin məlumatına görə, tərəflər sənədin imzalanması üçün “sərt son tarix” barədə razılığa gəliblər.