Zelenski ABŞ-ın sülh planının 28 bənddən 20 bəndə endirildiyini açıqlayıb

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın sülh planının 28 bənddən 20 bəndə endirildiyini açıqlayıb.

APA xəbər verir ki, onun sözlərinə görə, ABŞ müxtəlif məsələlərdə güzəştlər axtarır, lakin ərazi məsələsində heç bir güzəşt yoxdur.

Zelenski həmçinin müharibənin bitməsi ilə bağlı düşüncələrinin ABŞ prezidenti Donald Trampın düşüncələrindən fərqli olduğunu bildirib.

Dövlət başçısı sülh planı layihəsinin Ukrayna və Avropa Birliyi təhlükəsizlik müşavirlərinin iştirakı ilə yekunlaşdırılacağını və çərşənbə axşamı ABŞ-a göndəriləcəyini deyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.