Ukrayna prezidenti Vladimir Zelenski Lvovda BMT baş katibi Antoniu Quterreşlə görüşüb.
Azpost.info xəbər verir ki, görüşdə Zaporojye AES ətrafında vəziyyət və ərzaq sazişi üzrə koordinasiya müzakirə edilib.
“Lvovda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşdüm. Biz taxıl təşəbbüsünün həyata keçirilməsində koordinasiyanı davam etdirməyə razılaşdıq. Sazişin inkişafının mümkün istiqamətlərini müzakirə etdik”, – Zelenski deyib.
Ukrayna prezidenti bildirib ki, o, BMT-ni Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyini təmin etməyə çağırıb.
Azpost.info