Zelenski Cənubi Koreyadan hərbi yardım istəyib

Ukrayna prezidenti Vladimir Zelenski Cənubi Koreyadan hərbi yardım istəyib.

Azpost.info xəbər verir ki, Zelenski bu müraciəti Cənubi Koreya parlamentində çıxışı zamanı səsləndirib. “Bizə hava hücumundan müdafiə sistemləri, təyyarələr, tanklar, digər zirehli texnikalar, artilleriya sistemləri lazımdır. Sizdə bizim üçün əvəzolunmaz sayılan zirehli texnika, tank əleyhinə, hava hücumları əleyhinə silahlar var”, – Zelenski deyib.

Ukrayna prezidenti qeyd edib ki, silahların tədarükü ilə bağlı qaydalara yenidən baxılmalıdır: “Ukraynaya lazımi silahların verilməsi təkcə xalqımızın həyatını xilas etmək və şəhərlərimizi blokadadan çıxarmaq imkanı vermək deyil. Həm də digər dövlətləri, digər regionları Rusiya təcavüzünün daha da böyüməsindən xilas etməkdir”.

Zelenskinin çıxışı Cənubi Koreya telekanalları ilə canlı yayımlanıb.

Azpost.info

Əvvəlki məqalə

Məcburi köçkünlərə verilmiş mənzillərin satış qaydaları təsdiqlənib –

Sonrakı məqalə

Finlandiya Rusiya və Belarusla poçt əlaqəsini dayandırdı