Zelenski jurnalistlərə kabab bişirdi:"Peşə bayramını onlarla keçirdim" (FOTO)

Ukrayna Prezidenti Vladimir Zelenski, “Jurnalistlər Günü” münasibətilə açıq havada media nümayəndələri ilə qeyri-rəsmi görüş keçirib.

Bu barədə Ukrayna Prezidenti sosial şəbəkədə məlumat verib və fotoları yayıb.

Qeyd edək ki, Ukraynada hər il 6 iyun “Jurnalistlər Günü” kimi qeyd olunur.

Prezident paylaşımında belə yazır:

“Jurnalistlərin peşə bayramında onlarla bir gün keçirdim. Bu dəfə öz əlimizlə kabab bişirdik, əla hava və həmişə olduğu kimi mehriban bir atmosfer. Tabular olmadan söhbət, kəskin suallar və dürüst cavablarım oldu. Bu cür görüşlərin artıq yaxşı bir ənənəyə çevrilməsi xoşdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Formula-2” Azərbaycan Qran-prisində son yarış başlayıb

Sonrakı məqalə

Formula 1-in açılış mərasimində Dövlət Himnini Vətən müharibəsi qazisi ifa edəcək