Ukrayna Prezidenti Vladimir Zelenski Niderlanda səfər edib.
APA-nın “Alman dalğası”-na istinadən verdiyi xəbərə görə, Ukrayna Prezidenti Niderland Baş naziri Mark Ryutte ilə danışıqlar aparacaq.
Vladimir Zelenski paylaşımında bildirib ki, əsas məsələ Ukrayna üçün “F-16” qırıcı təyyarələridir. Eyni zamanda sülh və Rusiyanın məsuliyyətə cəlb edilməsi də gündəlikdəki məsələlərdir.