“Zelenski özünü İsa Məsih hesab edir” – İrlandiyalı jurnalistdən prezidentə sərt sözlər

Ukrayna
Ukrayna

İrlandiyalı jurnalist Çad Bouz X sosial şəbəkəsində yazıb ki, Ukrayna prezidenti Vladimir Zelenski özünü İsa Məsih hesab etməyə başlayıb. AzPost xəbər verir ki, o, siyasətçinin United News telemarafonunda efirə verdiyi açıqlamanı belə qiymətləndirib.

Proqram zamanı Zelenski yaralandıqdan sonra hərəkət etmək qabiliyyətini itirən Ukrayna Silahlı Qüvvələrinin keçmiş əsgəri ilə görüşündən danışıb. Zelenski deyib ki, ölkədəki klinikalar ona kömək edə bilməyib, lakin president ilə görüşdən sonra o, yeriməyə başlayıb.

İrlandiyalı jurnalist Zelenskinin ünvanına sərt sözlər yazıb.

“Bir milyon ukraynalını basdıran, ölkəsini satan, demokratiyanı darmadağın edən korrupsioner diktator. İndi o, özünü İsa Məsihlə müqayisə edir ” – deyə o bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.