Zelenski Putin və Trampın görüşü zamanı Alyaskada olacaq

Vladimir Zelenski
Vladimir Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski 15 avqustda Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampın görüşü zamanı, yəqin ki, Alyaskada olacaq.

Bu barədə ABŞ-ın CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, Ukrayna prezidentinin ayrı-ayrı görüşlərdə iştirakı istisna edilmir. Bununla belə, Ağ Ev rəsmilərindən biri qeyd edib ki, belə görüşlərin, çox güman ki, Tramp və Putin danışıqlarından sonra baş tutacağı ehtimal olunur.

Bundan əvvəl NBC News telekanalı Ağ Evin Volodimir Zelenskini Alyaskaya dəvət etmə ehtimalını nəzərdən keçirdiyini xəbər verib. Telekanalın mənbələrindən biri bu variantın müzakirə olunduğunu, lakin hələlik dəqiqliyin olmadığını bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.