“Zelenski Putinlə Moskvada görüşə bilməz” –Ukraynanın baş nazirinin müavini

“Ukrayna prezidenti Zelenski Rusiyalı həmkarı Putinin Moskvada görüşmək təklifini qəbul edə bilməz”.
Azpost.info bildirir ki, bu sözləri Ukrayna Baş nazirinin müavini, Donbas üzrə üçtərəfli təmas qrupunun Ukrayna üzrə nümayəndə heyətinin rəhbərinin müavini Aleksey Reznikov TV-də çıxışı zamanı deyib.
“Prezident müharibə zamanı gedib təcavüzkar ölkəni təmsil edən adamla görüşə bilməz. Bu bir az qəribə təklifdir”-deyə Reznikov vurğulayıb.
Onun sözlərinə görə, belə bir görüş yalnız Almaniya və Fransa liderlərinin iştirakı ilə “Normand formatı” çərçivəsində baş tuta bilər.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən gün ictimai yerlərdə 5 koronavirus xəstəsi saxlanılıb –

Sonrakı məqalə

Rusiya Qara dənizdə xarici ölkələrin gəmiləri üçün keçidi bağlayıb