Ukrayna, Rusiya və ABŞ arasında yeni üçtərəfli danışıqlar raundu fevralın 1-nə planlaşdırılır.
AzPost bildirir ki, bunu Ukrayna prezidenti Zelenski axşamkı müraciətində açıqlayıb.
“Əvvəlcədən komandaların bazar günü yenidən görüşəcəyini müzakirə etmişdik. Bu görüşü sürətləndirə bilsək yaxşı olardı. Ukrayna müzakirə edilməli və razılaşdırılmalı olan bütün məsələlərə mümkün qədər hazır olacaq”, – deyə o bildirib.