Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Zelenski Rusiyanın BMT TŞ-dan çıxarılması üçün çağırış edib

User 05 Aprel 2022 - 19:52 (Last updated: 21 May 2025 - 20:15)
zelenski alman bundes

“Rusiya məqsədli şəkildə Ukrayna şəhərlərini yerlə-yeksan edir, humanitar koridorları blokadaya alır, aclıq böhranı yaradır, insanların gizləndiyi sığınacaqları məqsədli şəkildə bombalayır. Mariupol, Borodyanka, Xarkov və digər şəhərlərdə də vəziyyət Buçadakı kimidir”.

Ukrayna Prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında videoformatda çıxışında deyib.

Prezident Zelenski bildirib ki, Rusiya Ukraynada törətdiklərini etiraf etmir, müxtəlif versiyalar səsləndirir, hər kəsi günahlandırır: “Rusiya tərəfi iddia edir ki, bu, səhnələşdirilib. Biz bütün faktları toplayırıq, bu yöndə beynəlxalq institutlarla işləyirik, jurnalistlərin bu ərazilərə girişini təmin edirik ki, onlar baş verənləri öz gözləri ilə görsünlər”.

O, Ukraynanın hər zaman başqa ölkələrin çətin vaxtlarında yanında olduğunu vurğulayıb: “Ona görə də bu gün Ukraynanın haqqı var ki, BMT Təhlükəsizlik Şurasından tələb etsin ki, Ukraynada sülhün təmin olunması ilə bağlı qərar versin. Əgər siz qərar verə bilmirsinizsə, o zaman iki şey edə bilərsiz – təcavüzkar olan Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarın ki, o, veto hüququndan istifadə edə bilməsin. Və digər seçim, əgər müzakirə etməkdən başqa əlinizdən bir iş gəlmirsə, özünüzü buraxın. Ukrayna sülh istəyir, Avropa sülh istəyir və ən əsası dünya sülh istəyir”.

O bildirib ki, Rusiya qüvvələri ukraynalı mülki vətəndaşlara qarşı qırğınlar törədiblər: “Rus əsgərləri yalnız ukraynalı hərbçiləri öldürmür, onlar mülki sakinləri də qətlə yetirirlər. Onlar məqsədli şəkildə ev-ev gəzərək sağ qalanları və qaçıb gizlənənləri çölə çağırıb qətlə yetiriblər.

Mən sizə vəhşicəsinə qətlə yetirilən şəxslərin doğmalarının adından müraciət edirəm.

Bütün bu törədilənlər İŞİD-in törətdikləri əməllərdən fərqlənmir. Bunu törədən isə BMT Təhlükəsizlik Şurasına üzv dövlətin hərbçiləridir”.

APA

 

Post navigation

Previous: Azərbaycan və İsrail arasında sənədlər imzalanıb
Next: Avropa Məhkəməsi Ermənistanın növbəti vəsatətini rədd edib

Oxşar xəbərlər

sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.