Zelenski Rusiyanın iddiasını təkzib etdi

Vladimir Zelenski
Vladimir Zelenski

“Rusiyanın Kursk vilayətindəki Ukrayna qoşunları mühasirəyə alınmayıb”.

“Ölkə.az” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin məruzəsindən sonra Prezident Volodimir Zelenski deyib.

“Qüvvələrimizin Kursk vilayətinin müəyyən ərazilərində əməliyyatı davam edir. Bölmələr öz tapşırıqlarını dəqiqliklə yerinə yetirirlər. Kursk vilayətindəki Ukrayna qoşunlarının sayəsində xeyli sayda Rusiya qüvvələri başqa istiqamətlərə yönəldilib. Qoşunlarımız Kursk vilayətində rus və Şimali Koreya qruplaşmalarına qarşı müqaviməti davam etdirir. Qoşunlarımız mühasirədə deyil”, – dövlət başçısı bildirib.

Xatırladaq ki, Rusiya Kurskdakı Ukrayna qüvvələrinin mühasirəyə alındığını iddia etmişdi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.