Ukrayna Prezidenti Vladimir Zelenski sonuncu İran Şahının mühacirətdə olan oğlu Rza Pəhləvi ilə görüşüb.
Azpost.info bildirir ki, tərəflər regioandakı gərgin vəziyyəti müzakirə ediblər.
Görüş Fransadakı Ukrayna səfirliyində baş tutub.
Bəyanatda deyilir: “Görüş zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti, İran cəmiyyətindəki əhval-ruhiyyəni və İrandakı hakimiyyət vəziyyətini müzakirə ediblər”.
Görüşün görüntülərində həm Zelenski, həm də Pəhləvinin nümayəndə heyətləri ilə görüşdə iştirak etdiyi görünür.