Zelenski sülh sammitinin Rusiyanın iştirakı olmadan keçirilməsini istəyir

Ukrayna prezidenti Vladimir Zelenski sülh sammitinin Rusiyanın iştirakı olmadan  keçirilməsini istəyib.

Azpost.info xəbər verir ki, bu barədə adı açıqlanmayan avropalı rəsmiyə istinadən “Financial Times” qəzeti yazır.

Məlumata görə, G7 liderləri onun təklifini Yaponiyada keçiriləcək görüşdə müzakirə edə bilərlər.

“G7 liderləri bu həftə Xirosimada üç günlük görüş zamanı Vladimir Zelenskinin sorğusuna cavab olaraq Ukrayna üzrə sülh sammitinin keçirilməsi təklifini müzakirə edəcəklər”, – nəşr qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.