Zelenski Ukraynanın Avropa və ABŞ-dan istədiyi zəmanətləri açıqladı –Nələr olacaq?

Prezident Zelenski müharibənin sona çatması üçün Ukraynanın Avropa Birliyi və ABŞ-dan istədiyi bir sıra zəmanətləri açıqlayıb.

AzPost bildirir ki, dövlət başçısı Kiyevin danışıqlar qrupunun ABŞ-dan qayıtdığını deyib: “Onlar bu gecə burada olacaqlar və səhər detalları mənə bildirəcək.”

Zelenski hazırda 20 maddəlik bir planın olduğunu vurğulayıb: “Bu sənəddə hər şey mükəmməl deyil, amma sənəd mövcuddur. Bu, bizim, avropalıların və ABŞ-ın arasında təhlükəsizlik zəmanətləri  qeyd edilmiş çərçivə sənədidir. Bizimlə ABŞ arasında ikitərəfli təhlükəsizlik zəmanətləri ilə bağlı ayrıca sənəd var”.

O, həmçinin təhlükəsizlik müqaviləsinin bəzi təfərrüatlarını açıqlayıb:

“Birincisi, Ukrayna Silahlı Qüvvələri: Maliyyələşdirilməsi üçün pula ehtiyacımız olan 800.000 nəfərlik ordu. Müqavilələri təmin etmək üçün ordumuzu təmin edəcəyik, əlavə maliyyələşdirməyə ehtiyacımız var.

İkincisi, Avropa Birliyinə üzvlüyü. Hamı başa düşür: ilk növbədə bunlar iqtisadi təhlükəsizlik zəmanətləri, bazarlardır. Həmçinin Avropa Birliyinə üzvlüyünə yol açan hərbi proqramlardır.

Üçüncü təhlükəsizlik zəmanəti “Könüllülər Koalisiyasıdır” Arxa dayaq nöqtəsinin nə olduğunu müzakirə edəcəyik. Bu, hava hücumundan müdafiə, aviasiya, kəşfiyyat və s.-dir. Bunlar Ukraynanın havada, quruda və dənizdə təhlükəsizliyini təmin etməli olan qüvvələrdir. Koalisiyaya 30 ölkə daxil olacaq.

Amerika Birləşmiş Ştatlarının təhlükəsizlik zəmanətləri. Hüquqi cəhətdən məcburi olacaq və Konqres tərəfindən dəstəklənəcək əsas təhlükəsizlik zəmanətləridir. Bu təhlükəsizlik zəmanətlərinin qəbul edildiyi formatda uzadılması ehtimalı ilə onların nə qədər davam edə biləcəyini müzakirə edirik.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.