“Zelenski Ukraynanın idarəçiliyini xarici güclərə verib”-Putin

“Ukrayna xalqı bizə dost xalqdır, indiki Ukrayna hakimiyyəti isə yox…”

Bunu Rusiya prezidenti Vladimir Putin “Birbaşa xətt”də ona ünvanlanan “Ukrayna niyə Rusiyaya dost olmayan ölkələrin siyahısında yoxdur” sualına cavabında bildirib.

Putin Ukraynada köklü xalqlar haqqında qanun qəbul etmək istədiklərini xatırladıb: “Onlar rusları Ukraynanın köklü xalqı siyahısından çıxarıblar. Bu nə deməkdir? Bu, o deməkdir ki, ruslar ikinci növ xalq hesab olunacaqlar”.

Rusiya Prezidenti ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqların mümkün olub-olmamasından da danışıb: “Mən Zelenski ilə danışıqlardan imtina etmirəm. Amma Zelenski ölkənin idarəçiliyini xarici güclərə verib. Ukrayna ilə bağlı qərarlar Vaşinqtonda qəbul olunur. Bu qərarların bir hissəsi isə Parisdə və Berlində qəbul edilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İyulun ilk gününün hava proqnozu

Sonrakı məqalə

Qarabağda döyüşlərə cəlb olunmuş xarici vətəndaşın məhkəməsi başlayıb