Qarabağda döyüşlərə cəlb olunmuş xarici vətəndaşın məhkəməsi başlayıb

Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə məhkəmə istintaqının başlandığı elan edilib.

Prosesdə ittiham aktının elan ediləcəyi və təqsirləndirilən şəxsin ifadə verməsi gözlənilir.

***

07.11

Bu gün Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə ittiham aktının elan ediləyi və təqsirləndirilən şəxsin ifadə verməsi gözlənilir.

Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Zelenski Ukraynanın idarəçiliyini xarici güclərə verib”-

Sonrakı məqalə

Lənkəranda meşədə ağaclar kütləvi kəsilir –