Ukrayna prezidenti Vladimir Zelenski Krımın, separatçı “DXR” və “LXR”in tanınması ilə bağlı Rusiya ilə dialoq aparmağa razılaşıb.
Azpost.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, Zelenski qeyd edib ki, bu məsələlərdə kompromislər axtarmağa hazırdır. Onun fikrincə, indi əsas məsələ insanların gələcəkdə orada necə yaşayacağını anlamaqdır.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev Rusiya və Ukrayna prezidentləri arasında birbaşa danışıqlar aparmağı xahiş edib. O, bunu rusiyalı həmkarı Sergey Lavrova çatdıracağını bildirib.
Azpost.info