Zelenski Ukraynaya qarant olacaq dövlətlər üçün şərtini açıqladı

“Hələlik Ukraynanın təhlükəsizliyinə 100 faiz zəmanət verməyə hazır olan ölkələrin siyahısı yoxdur”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenski bildirib ki, Ukraynaya hər şeyə hazır olan ciddi oyunçular lazımdır: “Qarant dövlətlərin konkret siyahısını hələ almamışıq. Bizə əmr, çağırış, razılıqla Ukrayna uğrunda birləşməyə və döyüşməyə hazır olan 40 ölkə lazım deyil. Bizə 24 saat ərzində istənilən silahı verməyə, təhdid qarşısında qısa müddətdə səfərbər olmağa hazır olan dövlətlər dairəsi lazımdır. Eyni zamanda, sanksiya siyasətinə məsul olan ayrı-ayrı ölkələr lazımdır ki, sanksiyalar əvvəlcədən hazırlansın”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.