Ukrayna prezidenti Vladimir Zelenski keçmiş baş komandan Valeri Zalujnı və Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanovu Ukrayna Qəhrəmanı adına layiq görüb.
Azpost.info xəbər verir ki, Zelenski bununla bağlı sərəncam imzalayıb.
“Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün müdafiəsində müstəsna şəxsi nailiyyətlərinə, Ukrayna xalqına fədakar xidmətinə görə general Valeriy Fedoroviç Zalujnıya “Qızıl Ulduz” ordeni və Ukrayna Qəhrəmanı adı verilsin.
Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi şücaət və qəhrəmanlığa, Ukrayna xalqına fədakar xidmətə görə general-leytenant Kiril Budanova “Qızıl Ulduz” ordeni və Ukrayna Qəhrəmanı adı verilsin”, – sənəddə deyilir.
Azpost.info