Zelenski yaxın vaxtlarda Ermənistana səfər edəcək

Ukrayna prezidenti Vladimir Zelenski yaxın vaxtlarda Ermənistana səfər edəcək.

Azpost.info bildirir ki, bu barədə Factor.am öz mənbələrinə istinadən xəbər verir.

“Etibarlı mənbəmizin bildirdiyinə görə, hazırda Ukrayna prezidentinin Ermənistana səfəri hazırlanır, lakin səfərin tarixi son olaraq təsdiqlənməyib. Vaxt ilə bağlı Ukrayna tərəfi ilə danışıqlar aparılır. Vladimir Zelenskinin martda İrəvana gələcəyi gözlənilir” -deyə Factor.am yazır.

Bu gün Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Lobaç Valeri Factor.am ilə söhbətində bu məlumatı təkzib etməyib. Əvvəlcə ona Cənubi Qafqazda Rusiya-Ukrayna müharibəsinin mümkün nəticələri ilə bağlı sual verilib və diplomatın cavabı belə olub: “Əslində, indi deyiləcək çox şey var, amma hələlik heç nə deyə bilmərəm. Bir neçə gündən sonra xəbəri özünüz eşidəcəksiniz və nə olacağını biləcəksiniz”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.