Zelenski Ərdoğana zəng vurdu, təbrik etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng edib.

Bu barədə Zelenski tviter hesabında paylaşım edib.

Zelenski Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib:

“Qlobal ərzaq təhlükəsizliyinin mühüm tərkib hissəsi olan “taxıl sazişi”nin davam etdirilməsində Türkiyə Prezidentinin şəxsi rolunu qeyd etdim. Ukrayna və Türkiyə arasında əməkdaşlıq vacibdir və xalqlarımızın firavanlığına və beynəlxalq sabitliyə səmərəli töhfə verir”. – deyə qeyd olunub.

Zelenski bildirib ki, hər iki tərəf regionun gələcək inkişafını və dünyanın təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyəti davam etdirəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.